Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/
Suraxanı rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 31-də saat 00.10 radələrində Suraxanı rayonu E.Bəkirli küçəsində Bakı şəhər sakini Nadir Hüseynov idarə etdiyi "VAZ-2121" markalı avtomaşınla yolu keçən həmyerlisi Əli Abdullayevi vurub.
Nəticədə xəsarət almış piyada Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla əlaqədar Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.