...

Gədəbəydə avtomobil aşıb, ölən və yaralananlar var

Hadisə Materials 3 İyun 2013 13:47 (UTC +04:00)
Gədəbəy rayonunun Poladlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Gədəbəydə avtomobil aşıb, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Gədəbəy rayonunun Poladlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 3-də, gecə saat 02.00 radələrində Gədəbəy rayonunun Poladlı kəndi ərazisində Dəyirmandağ kənd sakini Samir Məmmədov idarə etdiyi "VAZ-2121" markalı avtomaşını aşırıb.

Nəticədə Məmmədov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri - Dəyirmandağ kənd sakinləri Zabit Ocaqverdiyev və Vəkil Yusifov isə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti