...

Gəncədə ev yanıb, yanğının qəsdən törədildiyi ehtimal olunur

Hadisə Materials 18 İyun 2013 19:38 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Gəncədə ev yanıb, yanğının qəsdən törədildiyi ehtimal olunur

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Gəncədə evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının qəsdən törədildiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti