...

Astarada ağır qəza: 2 nəfər ölüb, 2-si yaralanıb

Hadisə Materials 22 İyun 2013 13:31 (UTC +04:00)
Astara rayonu ərazisində iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Astarada ağır qəza: 2 nəfər ölüb, 2-si yaralanıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İzzət/

Astara rayonu ərazisində iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 21-də saat 16:00 radələrində Bakı-Astara yolunun 226-cı km-də 1981-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı Bağheri Behzad Cəlil oğlunun idarə etdiyi "İVEKO NT 36-330" markalı, "53 A 597-10" dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1951-ci il təvəllüdlü Astara rayon sakini Həsənov Nəsir Murad oğlunun idarə etdiyi "VAZ-21011" markalı, "10-FT-075" dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ-21011" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, qızı 1981-ci il təvəllüdlü Əliyeva Natavan Nəsir qızı hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər Natavan Əliyevanın övladları - 2006-cı il təvəllüdlü Əliyev Rəşad İlkin oğlu və 2007-ci il təvəllüdlü Əliyev Əli İlkin oğlu xəsarət alaraq Astara Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti