...

Daşkəsəndə narkotik plantasiyası aşkarlanıb

Hadisə Materials 17 İyul 2013 16:31 (UTC +04:00)
Daşkəsəndə yabanı halda bitmiş xeyli miqdarda narkotik vasitə aşkarlanıb. Polis narkotik tərkibli bitkiləri yandırma yolu ilə məhv edib.
Daşkəsəndə narkotik plantasiyası aşkarlanıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İzzət/

Daşkəsəndə yabanı halda bitmiş xeyli miqdarda narkotik vasitə aşkarlanıb. Polis narkotik tərkibli bitkiləri yandırma yolu ilə məhv edib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Daşkəsən polisi "Xaş-xaş 2013" adı altında növbəti əməliyyat həyata keçirib. Bu dəfə rayonun Dəstəfur kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.

1 hektardan artıq ərazidən ümumi çəkisi 1400 kloqram olan, hündürlüyü 1,5-2 metr təşkil edən 4986 ədəd çətənə kolu toplanıb. Yerli aqronomların da qatıldığı tədbirdə çətənə kolları bir yerə yığılaraq yandırılmaqla məhv edilib.

Daşkəsən Rayon Polis Şöbəsinin rəis müavini Haqverdi Əkbərov bildirib ki, polis əməkdaşları tərəfindən böyük bir ərazi aşkarlanıb. Həmin ərazidə yabanı halda bitmiş çətənə kolları mütəxəssislərin iştirakı ilə yandırılma yolu ilə məhv edilib.

Qeyd edək ki, bu, Daşkəsən polisinin "Xaş-xaş 2013" şərti adı altında həyata keçirdiyi ikinci tədbirdir. Buna qədər Əmirvar kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 tona yaxın çətənə kolu məhv edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti