...

Şirvanda qonşu qonşusunu dəryazla qətlə yetirdi

Hadisə Materials 19 İyul 2013 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İzzət/

Şirvanda qonşu qonşusunu dəryazla qətlə yetirdi.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Şirvan şəhərində dəhşətli qətl hadisəsi baş verib. Qonşu qonşusunu dəryazla qətlə yetirib. Hadisə gecə saat 22:00 radələrində Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş verib.

Qəsəbə sakini, Fərman Quliyev küçəsi, 14 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Əliyev Vəlixan Sənan oğlu həmyerlisi, 1965-ci il təvəllüdlü Atakişiyev Fətixan Şahməmməd oğlu tərəfindən qətlə yetirilib. Hadisə şahidlərinin bildirdiyinə görə, odun yığmaqdan qayıdan Fətixan M.Rəsulzadə küçəsi, 19 saylı yaşayış evinin qarşısında dəryazı Vəlixanın ürəyinə soxub. Ürəyindən yaralanan Vəlixan Əliyev tanışının avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Qətlin hansı səbəbdən baş verdiyi aparılan istintaq araşdırmalarından sonra bəlli olacaq. Amma qəsəbə sakinləri qətli törədən Fətixan Atakişiyevin ruhi xəstə olduğunu da bildirirlər.

Fətixan Atakişiyev şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti