...

Bakı-Qazax yolunda qəza baş verib, xəsarət alan var

Hadisə Materials 24 İyul 2013 23:37 (UTC +04:00)
Trend Türkel TV-yə istinadən məlumat verir ki, bu gün Bakı-Qazax avtomagistralının 457-ci kilometrində Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bakı-Qazax yolunda qəza baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Trend Türkel TV-yə istinadən məlumat verir ki, bu gün Bakı-Qazax avtomagistralının 457-ci kilometrində Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qazax rayon Çaylı kənd sakini Samir Kosayevin idarə etdiyi BMW markalı avtomobillə Ağstafa rayon Dağ Kəsəmən kənd sakini Müşfiq Qədimalıyevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Hər iki avtomobilin sürücüləri hadisəyə səbəb kimi qarşı tərəfi günahlandırıb.

Qəza zamanı BMW-də olan sərnişinlər Qazax rayon Çaylı kənd sakinləri 66 yaşlı Sədaqət Mustafayeva, 34 yaşlı Əzət Kosayeva və 55 yaşlı Qəbilə Kosayeva müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş dövlət yol polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti