...

Şəkidə və Yevlaxda qadınları fahişəliyə cəlb edən şəxslər saxlanılıb

Hadisə Materials 3 Sentyabr 2013 14:10 (UTC +04:00)
Əxlaqsızlıq yuvası təşkil etdiyinə və qadınları fahişəliyə cəlb etdiyinə görə Yevlax rayonunun iki sakini saxlanılıb.
Şəkidə və Yevlaxda qadınları fahişəliyə cəlb edən şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Əxlaqsızlıq yuvası təşkil etdiyinə və qadınları fahişəliyə cəlb etdiyinə görə Yevlax rayonunun iki sakini saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Elnur Hüseynzadə saxlanılıb. O, gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edirmiş.

Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Yevlax rayonunun daha bir sakini, əvvəllər məhkum olunmuş Yusif İsmayılov saxlanılıb.

Rayonun Turan qəsəbəsinin ərazisindəki kafenin sahibi olan İsmayılov orada əxlaqsızlıq yuvası təşkil etməkdə və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməkdə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti