...

Azərbaycanda "yol terroru" bir gündə 8 nəfərin həyatına son qoydu

Hadisə Materials 6 Sentyabr 2013 13:47 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 5-də respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycanda "yol terroru" bir gündə 8 nəfərin həyatına son qoydu

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan yollarında bir gündə 8 nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 5-də respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 14 nəfər yaralanıb.

Ümumiyyətlə, daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınıb, onların da 32-si "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti