Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə təhlükəsizlik qüvvələri Hakkari vilayətinin Yüksekova rayonunda xeyli sayda partlayıcı ələ keçirib.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə polisi saxladığı yük avtomobilini yoxlayarkən trotil ekvivalenti 300 kiloqram olan patlayıcı maddə aşkarlayıb.
Yük maşınının sürücüsü saxlanılaraq Türkiyə Baş Təhlükəsizlik Müdiriyyəti yanında Terrorla mübarizə şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.