...

Qobustan Həbsxanasında məhkumun üzərində mobil telefon aşkar edilib

Hadisə Materials 18 Noyabr 2013 16:20 (UTC +04:00)
Qobustan Həbsxanasında mobil telefon aşkar edilərək götürülüb.
Qobustan Həbsxanasında məhkumun üzərində mobil telefon aşkar edilib

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İzzət/

Qobustan Həbsxanasında mobil telefon aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 18-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən məhkum Emin İsa oğlu Hüseynovun kamerasına baxış keçirilərkən ona məxsus 1(bir) ədəd "LG" markalı mobil telefon aparatını aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Emin Hüseynov Cinayət Məcəlləsinin 126.2.1 (Qəsdən sağlamlığa ağır zərər vurma; iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə); 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti