Xırdalanda qadağan edilmiş “onlayn” kazino-qumarxana təşkil etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb

Hadisə Materials 28 Noyabr 2013 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İzzət/

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qadağan edilmiş "onlayn" kazino-qumarxana təşkil etməkdə təqsirli bilinən 2 nəfəri saxlayaraq məsuliyyətə cəlb edib.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Xətai rayon sakini, 28 yaşlı Vüqar Həsənov və Şərur rayonunda anadan olmuş, 48 yaşlı Dadaş Eyvazova məxsus Xırdalan şəhərindəki obyektdə qadağan olunmuş kazino-qumarxana aşkarlanıb.

Saxlanılan şəxslər bildiriblər ki, obyekti bir neçə aydır işlədirlər. Obyektdən "onlayn" kazino oyunları üçün nəzərdə tutulmuş kompüter dəstləri, eləcə də külli miqdarda nağd pul maddi sübut kimi götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti