...

Məhkum dostuna ayaqqabısının içində mobil telefon keçirtmək cəhdi baş tutmadı (FOTO)

Hadisə Materials 28 Noyabr 2013 14:54 (UTC +04:00)
Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkum dostuna ayaqqabısının içində mobil telefon keçirtmək cəhdi baş tutmadı (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 28.11.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.11; 181.3.3; 66.2.3 maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Loğman oğlu Bəkirovun yanına qısamüddətli görüşə gəlmiş dostu Fərid Valeh oğlu Hüseynovun gətirdiyi sovqata və üzərinə baxış keçirilərkən ayağındakı ayaqqabıların içərisində xüsusi üsulla düzəldilmiş yerdə gizlədilmiş 2 ədəd "Nokia" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti