...

Bakıda çoxmərtəbəli binada yanğın baş verib, insanlar təxliyyə ediliblər (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 Dekabr 2013 14:45 (UTC +04:00)
Bakıda günorta saatlarında çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik kabelləri yanıb.
Bakıda çoxmərtəbəli binada yanğın baş verib, insanlar təxliyyə ediliblər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Bakıda günorta saatlarında çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik kabelləri yanıb.

Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi məlumata görə, Yasamal rayonu ərazisində, Dadaş Bünyadzadə küçəsi, ev 11 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadası təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasında olan insanları təxliyyə ediblər.

Fövqəladə Hallar Nazirliyi Trend-ə məlumatı təsdiqləyib, bildirilib ki, ilkin ehtimala görə, yanğın binadakı elektrik kabellərdən baş verib.

Artıq yanğın lokallaşdırilıb. Yanğın zamanı xəsarət alanlar barədə məlumat verilməyib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda coxmərtəbəli yaşayış binasının şaxtasında 5-ci mərtəbədən 12-ci mərtəbəyə qədər elektrik naqilləri 200 poqon metr yanıb.

Yanğın zamanı mənzillərdən 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Elektrik naqillərinin qalan hissəsi, binanın mansardı və mənzillər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti