...

İraq polisi Bağdadın şimalında "Əl-Qaidə" döyüşçülərini mühasirəyə alıb

Hadisə Materials 3 Yanvar 2014 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

"Əl-Qaidə" döyüşçüləri cümə günü İraqın paytaxtı Bağdadda polis məntəqəsini tutmağa cəhd ediblər.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, intensiv atışma davam edir.

Polisin məlumatına görə, radikallar iki avtomobillə Bağdadın şimalındakı Ət-Tarmiya rayonunda təhlükəsizlik qüvvələrinin mənzil-qərargahına hücum ediblər.

Onlar binanın mühafizəçilərinə atəş açıblar. Lakin polis döyüşçülərin binaya girməsinin qarşısını alıb. Köməyə gəlmiş DİN bölmələri ekstremistləri mühasirəyə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti