...

Xaçmazda ev yanıb, ağır xəsarət alan var

Hadisə Materials 9 Yanvar 2014 17:43 (UTC +04:00)
Trend Regional TV-yə istinadən məlumat verir ki, hadisə bu gün günorta saatlarında Xaçmaz rayonunun Həbibkənd kəndində baş verib. 1 mərtəbəli fərdi yaşayış evində qeydə alınan yanğın zamanı evdə olan 1983-cü il təvəllüdlü Mirzəyev Ramil Məhərrəm oğlu ağır dərəcəli yanıq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xaçmazda ev yanıb, ağır xəsarət alan var

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Xaçmazda ev yanıb.

Trend Regional TV-yə istinadən məlumat verir ki, hadisə bu gün günorta saatlarında Xaçmaz rayonunun Həbibkənd kəndində baş verib. 1 mərtəbəli fərdi yaşayış evində qeydə alınan yanğın zamanı evdə olan 1983-cü il təvəllüdlü Mirzəyev Ramil Məhərrəm oğlu ağır dərəcəli yanıq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ona bədənin III və IV dərəcəli termiki yanığı diaqnozu qoyulub və vəziyyəti ağır olduğundan paytaxda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsindən 2, Xudat Dövlət Yanğından Mühafizə Bölməsindən isə 1 yanğınsöndürən maşın cəlb olunub. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti