...

FHN Astarada 24 ailənin yaşadığı binada baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 24 Fevral 2014 02:19 (UTC +04:00)
Astarada ikimərtəbəli binada yanğın baş verib.
FHN Astarada 24 ailənin yaşadığı binada baş vermiş yanğınla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Astarada ikimərtəbəli binada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Astara şəhərində ümumi sahəsi 1000 kv.m olan (24 ailəyə məxsus) ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənləe tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti