...

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib (FOTO)

Hadisə Materials 3 Mart 2014 01:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart / Trend /

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə axşam saat 20:30 radələrində rayonun Quşqara kəndində qeydə alınıb. 39 yaşlı Muşviqə Mustafayeva qızı 13 yaşlı Samirə Ələkbərova ilə birlikdə vanna otağında çimərkən dəm qazından zəhərləniblər.

Hadisədən bir qədər sonra xəbər tutan yaxınları dərhal həmin şəxsləri Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına gətiriblər. Ağır dərəcəli zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilən ana və övladın vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə yerinə baxış keçirən Göygöl Qaz istismar sahəsinin əməkdaşları hadisənin hansı şəraitdə baş veridyini araşdırırlar.

Xəbər lenti

Xəbər lenti