...

DİN: Füzulidə yandırılan tullantıların altında tank əleyhinə mərmi partlayıb

Hadisə Materials 8 Mart 2014 13:10 (UTC +04:00)
Füzuli rayonunun Mahmudlu-2 kəndində məişət tullantılarının yandırılması zamanı partlayış baş verib.
DİN: Füzulidə yandırılan tullantıların altında tank əleyhinə mərmi partlayıb

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/

Füzuli rayonunun Mahmudlu-2 kəndində məişət tullantılarının yandırılması zamanı partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 6-da Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Mahir Vəliyev həyətində təmizlik işləri aparıb tullantıları yandırarkən partlayış baş verib. Xəsarət alan olmayıb.

Araşdırma zamanı orada tank əleyhinə RQ-7 mərmisinin partlaması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti