...

Bakıda "Mercedes" səddə çırpılıb, sürücü ölüb

Hadisə Materials 12 Mart 2014 02:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Bakıda avtomobil səddə çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq yolayrıcı səddə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Deformasiya uğramış avtomobildə aldığı bədən xəsarətləri nəticəsində sürücü 1962-ci il təvəllüdlü Cəfərov İlqar Rəhim oğlu hadisə yerində keçinib.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti