...

İstanbulda naməlum şəxslər bankomatı qarət ediblər

Hadisə Materials 20 Mart 2014 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart/Trend, müxbir R. Hafizoğlu/

İstanbulda 3 naməlum şəxs bankomatı qarət edib.

Trend-in cümə axşamı "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 milyon türk lirəsi oğurlanıb.

Qarət bank (telekanal bankın adını qeyd etmir) işçiləri pulları bankomata yüklədikdən sonra baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Martın 20-nə rəsmi məzənnə 2,2212 TRY/USD təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti