...

Qobustan həbsxanasına gətirilən "Şəki halvası"nın içindən "telefon dəsgahı" çıxdı

Hadisə Materials 10 Aprel 2014 15:49 (UTC +04:00)
Qobustan həbsxanasına mobil telefon aparatı keçirmək cəhdinin qarşısı alınıb.
Qobustan həbsxanasına gətirilən "Şəki halvası"nın içindən "telefon dəsgahı" çıxdı

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Qobustan həbsxanasına mobil telefon aparatı keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən Qobustan həbsxanasında cəza çəkən məhkum Asif Dilavər oğlu Şirinxuba atası Dilavər Həmid oğlu Şirinxub tərəfindən göndərilən bağlamaya baxış keçirilib. Baxış zamanı "Şəki halvası" qutusunun içərisində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən iki ədəd "Nokia" markalı mobil telefon aparatı, iki ədəd danışıq kartı, bir ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Qeyd edək ki, A.Şirinxub Cinayət Məcəlləsinin 144.2.3; 144.2.4; 144.2.5; 144.2.6; 66.5 və 228.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti