...

Qaxda başı kəsilən iki kişinini yaşı açıqlanıb (ƏLAVƏ OLUNUB 2)

Hadisə Materials 14 Aprel 2014 11:14 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, şəhərin Vaqif Eyvazov küçəsindəki fərdi yaşayış evlərindən birində iki nəfər başı kəsilmiş vəziyyətdə tapılıb.
Qaxda başı kəsilən iki kişinini yaşı açıqlanıb (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Qaxda qətl hadisəsi törədilib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, şəhərin Vaqif Eyvazov küçəsindəki fərdi yaşayış evlərindən birində iki nəfər başı kəsilmiş vəziyyətdə tapılıb.

Hələlik adları bəlli olmayan qətlə yetirilən şəxslərin qardaş olduqları ehtimal edilir.

Hazırda hadisə yerində prokurorluq və polis əməkdaşları araşdırma aparırlar.

Məlumata görə, qətlə yetirilən şəxslər gürcü, 1960-cı il təvəllüdlü Rostiaşvili Besarion və onun qardaşı, 1956-cı il təvəllüdlü Rostiaşvili İaşedir.

Qeyd edək ki, hər iki qətlə yetirilən şəxsin boğazında kəsiklər aşkar olunub.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti