Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət /
Bakıda küçədən odlu silah və patronlar tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 5-də Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən Naxçıvani küçəsindən nömrəsi silinmiş "AKMS" markalı silah, 1 patron darağı və 30 ədəd patron tapılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.