...

Şəmkirdə 33 yaşlı qadının qatili tapıldı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 İyun 2014 13:02 (UTC +04:00)
Bu gecə saat 01:30 radələrində Şəmkir rayonunun Çaparlı kəndində dəhşətli qətl hadisəsi baş verib.
Şəmkirdə 33 yaşlı qadının qatili tapıldı (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə olunub (ilk xəbər 11:31-də yayılıb)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Bu gecə saat 01:30 radələrində Şəmkir rayonunun Çaparlı kəndində dəhşətli qətl hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, kənd sakini 33 yaşlı Nəsibə Tağılı yaşadığı ünvanda qətlə yetirilib. Onun üzərində çoxsaylı bıçaq zərbələri aşkarlanıb.

Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, Nəsibə Tağılı ailə münaqişəsi zəminində qardaşı 25 yaşlı Adil Tağıyev tərəfindən qətlə yetirilib. O, saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti