...

Bakıda axtarışda olan 3 nəfər tutulub

Hadisə Materials 21 İyun 2014 12:37 (UTC +04:00)
Bakıda dələduzluq və əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə axtarışda olan 3 nəfər tutulub.
Bakıda axtarışda olan 3 nəfər tutulub

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda dələduzluq və əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə axtarışda olan 3 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1961-ci il təvəllüdlü Rasim Bayramov tutulub.

Dələduzluğa görə axtarışda olan daha bir şəxs Xətai rayonunda həbs edilib. Belə ki, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Samir Əliyev tutulub.

Suraxanı RPİ Cinayət-Axtarış Şöbəsi (CAŞ) və 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Şahin Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti