...

Qobustan Həbsxanasına üz kreminin içində telefon keçirmək istəyiblər (FOTO)

Hadisə Materials 23 İyun 2014 12:44 (UTC +04:00)
Qobustan Həbsxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Qobustan Həbsxanasına üz kreminin içində telefon keçirmək istəyiblər (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Qobustan Həbsxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Telman Qufran oğlu Bayramova xalası oğlu Üzeyir Mütəllim oğlu Ağarabizadənin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı "Jilet" üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və ona məxsus 1 (bir) ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Telman Bayramov Cinayət Məcəlləsinin 220.1; 315.2; 317.3; 66.3 və 67 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti