...

Qobustan Həbsxanasına məhkum üçün “tiryək mürəbbə"si keçirmək istəyiblər

Hadisə Materials 16 İyul 2014 11:56 (UTC +04:00)
Qobustan Həbsxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Qobustan Həbsxanasına məhkum üçün “tiryək mürəbbə"si keçirmək istəyiblər

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

Qobustan Həbsxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən Qobustan Həbsxanasında cəza çəkən məhkum Fərhad Cəbrayıl oğlu Əliyevə xalası oğlu Elşən Həsən oğlu Həziyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı gilas mürəbbəsinin içərisində gizlədilmiş, xalis çəkisi 0.941 qram olan narkotik vasitə - "Tiryək" aşkar edilərək götürülüb.

Qeyd edək ki, Fərhad Əliyev Cinayət Məcəlləsinin 234.4.2 və 67.1 maddələrinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti