...

Gəncədə yanğın hadisəsi baş verib (FOTO)

Hadisə Materials 28 İyul 2014 15:53 (UTC +04:00)
Yanğın zamanı xəsarət alan olmasa da, yaşayış evinin 45 kvadratmetr ərazisi əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.
Gəncədə yanğın hadisəsi baş verib (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Gəncədə Nizami rayonu, Mikayıl Müşfiq küçəsi, ev 44 ünvanında yanğın hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, yanğın ümumi sahəsi 80 kvadratmetr olan fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Gəncə şəhəri Nizami və Kəpəz rayonlarının yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa müddətdə nəzarət altına götürülüb və yanğının digər qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmasa da, yaşayış evinin 45 kvadratmetr ərazisi əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti