Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İlkin İzzət/
Qaradağ rayon sakininin evindən silah-sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbə sakini Eyvaz Allahverdiyevin evindən nömrəsı silinmiş "AK" markalı silah, 110 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.