...

Goranboyda avtomobilini traktora çırpan sürücünün ailə üzvləri həlak olub

Hadisə Materials 26 Sentyabr 2014 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 26-da saat 01 radələrində Goranboy rayonunun Nərimanlı kəndində rayon sakini Elçin Kərimov idarə etdiyi "Ford" markalı avtomobili qarşıda gedən həmyerlisi Mansur Mansurovun idarə etdiyi "Belorus" markalı traktora vurub. Nəticədə M.Mansurovun sərnişinləri - arvadı Rəsmiyyə və qızı Aytəkin hadisə yerində ölüblər.

Faktla bağlı Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti