Azərbaycan, Bakı, 6 oktyabr /Trend/
Dünən baş vermiş yol qəzalarında 15 nəfər yaralanıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 15 nəfər yaralanıb.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 26-sı "isti izlər"lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 12 nəfər tutulub.