...

Türkiyə təyyarəsi "Ebola" virusuna görə təcili eniş edib

Hadisə Materials 15 Oktyabr 2014 17:37 (UTC +04:00)
İstanbul-Piza reysini həyata keçirən "Türk Hava Yolları" aviaşirkətinin təyyarəsi "Ebola" virusu təhlükəsi səbəbindən təcili eniş edib.
Türkiyə təyyarəsi "Ebola" virusuna görə təcili eniş edib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbul-Piza reysini həyata keçirən "Türk Hava Yolları" aviaşirkətinin təyyarəsi "Ebola" virusu təhlükəsi səbəbindən təcili eniş edib.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, təyyarə Atatürk Hava Limanından havaya qalxandan sonra qadın sərnişinlərdən biri - Banqladeş vətəndaşının səhhəti kəskin pisləşib.

Pilot sərnişinin vəziyyəti barədə məlumatlandırılıb, belə ki, onda "Ebola" virusunun bütün əlamətləri olub.

Təyyarə Romaya təcili eniş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti