...

İtkin düşmüş balıqçıları Aviasiya dəstəsi də axtarır

Hadisə Materials 28 Oktyabr 2014 18:09 (UTC +04:00)
Sentyabrın 25-də dənizə çıxmış, lakin hələ də geri qayıtmamış balıqçıların axtarışı davam etdirilir.
İtkin düşmüş balıqçıları Aviasiya dəstəsi də axtarır

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Sentyabrın 25-də dənizə çıxmış, lakin hələ də geri qayıtmamış balıqçıların axtarışı davam etdirilir.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış və itkin düşdüyü ehtimal olunan 3 nəfərin axtarışları nazirliyin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Axtarışlar barədə əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti