...

Rusiyada zorlama və adamöldürməyə görə axtarışda olan 4 azərbaycanlı tutulub

Hadisə Materials 17 Noyabr 2014 13:58 (UTC +04:00)
Rusiyada zorlama, adam öldürməyə görə axtarışda olan 4 azərbaycanlı tutulub.
Rusiyada zorlama və adamöldürməyə görə axtarışda olan 4 azərbaycanlı tutulub

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Rusiyada zorlama, adamöldürməyə görə axtarışda olan 4 azərbaycanlı tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsi (zorlama) ilə axtarışda olan Kamran Hüseynov tutulub.

Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Pərviz Quliyev, eləcə də 106-cı maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə axtarışda olan Asif Əliyev və Fərman Əliyev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti