Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Trend Kəpəz TV-yə istinadən bu barədə xəbər verir.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 22 yaşlı Tacəddin Xasıyev qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Araşdırma zamanı məlum olub ki, Tacəddin Xasayevi şəxsi münasibətlər zəminində şəhər sakini, 17 yaşlı Eyyub Mustafayev tərəfindən bıçaqlanıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.