Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda intihar cəhdinin qarşısı alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində məlum olub ki, vətəndaş hündürlüyü 15 metr olan, elektrik cərəyanı olmayan, köhnə yüksək gərginlikli elektik xətti dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Xilasedicilər dirəyə qalxaraq zərərçəkmişin asıldığı ipi kəsib və onu təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.