...

DİN: Lənkəranda baş vermiş partlayışda bir ailənin 5 üzvü yaralanıb

Hadisə Materials 12 Dekabr 2014 15:52 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranın Liman şəhərində təbii qazın sızmasından baş vermiş partlayışla bağlı rəsmi məlumat yayıb.
DİN: Lənkəranda baş vermiş partlayışda bir ailənin 5 üzvü yaralanıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda təbii qazın sızmasından baş vermiş partlayışla bağlı rəsmi məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 11-də saat 08 radələrində Lənkəranın Liman şəhəri, M.Ə.Sabir küçəsində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə evin divarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, qapı çərçivədən çıxıb. Yanıq xəsarəti almış İ.Zərbiyev, arvadı Elnarə, qızları Aytac, Nərmin və oğlu Kənan xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti