...

Bakıda yanmış mənzildən ev sahibəsinin meyiti tapıldı

Hadisə Materials 29 Dekabr 2014 13:22 (UTC +04:00)
Bakıda yanmış mənzildən ev sahibəsinin meyiti tapılıb.
Bakıda yanmış mənzildən ev sahibəsinin meyiti tapıldı

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda yanmış mənzildən ev sahibəsinin meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, dekabrın 28-də saat 19 radələrində Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsində Natalya Nikiporovaya məxsus ümumi sahəsi 35 kv.m olan mənzildə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğın söndürüldükdən sonra tüstüdən boğulmuş ev sahibəsinin meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti