Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/
Beyləqan rayonunun SMD-4 qəsəbəsindəki 1 saylı yataqxananada qətl törədilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 12-də Beyləqan rayonunun SMD-4 qəsəbəsindəki 1 saylı yataqxananada Malikə Hüseynovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Tural Bəhrəmov tutulub.