Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlkin İzzət/
Ağdaş şəhər sakini tapança üçün patronlar satarkən tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fəqan Nəsirov "Makarov" markalı tapançaya aid 35 ədəd patronu satarkən tutulub.
Faktla əlaqədar araşdırma aparılır.