...

Bakıda avtomobil getdiyi yerdə xəndəyə düşdü (FOTO)

Hadisə Materials 27 Fevral 2015 11:14 (UTC +04:00)
Bakıda avtomobil xəndəyə düşüb.
Bakıda avtomobil getdiyi yerdə xəndəyə düşdü (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobil xəndəyə düşüb.

Trend xəbər verir ki, bu gün səhər saat 10:00 radələrində paytaxtın Babək prospekti ilə hərəkətdə olan minik avtomobili qəzaya uğrayıb.

Avtomobil "Days Hotel"in yaxınlığında yolda kommunikasiya xətlərinin çəkilməsi üçün qazılmış xəndəyə düşüb.

Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti