...

Bakıda binada yanğın: sakinlər təxliyə edilib

Hadisə Materials 25 Mart 2015 09:51 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bakıda binada yanğın: sakinlər təxliyə edilib

Azərbaycan, Bakı, 25 mart /Trend/

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın pilləkan qəfəsinin altında yığılmış məişət tulantıları, istifadəsiz avtomobil ehtiyyat hissələri 6 kv.m sahədə, pilləkan qəfəsində quraşdırılmış elektrik sayğacı və 6 ədəd qaz sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti