...

Bakıda 9 mərtəbəli binada baş verən yanğın söndürüldü (YENİLƏNİB) (FOTO)

Hadisə Materials 4 Aprel 2015 16:11 (UTC +04:00)
Bakıda doqquzmərtəbəli binada yanğın baş verib.
Bakıda 9 mərtəbəli binada baş verən yanğın söndürüldü (YENİLƏNİB) (FOTO)

Məlumat yenilənib (ilk xəbər saat 14:27-də yayılıb)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda doqquzmərtəbəli binada yanğın baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) Trend-ə verilən məlumata görə, Bakının Cəfər Cabbarlı küçəsində, metronun "Nizami" stansiyasının yaxınlığındakı doqquzmərtəbəli binalardan birinin dam örtüyündə yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən, hazırda yanğının qarşısı alınıb.

FOTO - ANS PRESS

Məqalədə:
Xəbər lenti

Xəbər lenti