...

Bakıda ölümlə nəticələn yol qəzası baş verib

Hadisə Materials 18 Avqust 2015 14:17 (UTC +04:00)
Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakıda ölümlə nəticələn yol qəzası baş verib

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Elmir Murad/

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində baş verib. Belə ki, avqustun 18-də saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Anar Əhmədovun idarə etdiyi "Ford" markalı avtomobillə "Honda" markalı motosiklet toqquşub, nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti