...

Bakıda cibgir saxlanıb

Hadisə Materials 2 Oktyabr 2015 12:38 (UTC +04:00)
Bakıda ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.
Bakıda cibgir saxlanıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, tutulan şəxs Cinayət Məcəlləsinin 177, 234.1 maddələri ilə əvvəllər də məhkum olunmuş 1986-ci il təvəllüdlü Nəzərov Ramal Şahmar oğludur. O, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, sentyabrın 28-də saat 09 radələrində 133 saylı xətt avtobusunda Bakı şəhər sakini Azad Həmidovun cibindən, içərisində 46 manat və sənədləri olan pul kisəsini oğurlayıb. Eləcə də sentyabrın 30-da 165 nömrəli xətt avtobusunda eyni usulla, adı istintaqla araşdırılan vətəndaşın cibindən 24 manatını götürüb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng -Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti