...

Qəzaya uğrayan Rusiya təyyarəsində azərbaycanlıların olub-olmadığı araşdırılır (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 31 Oktyabr 2015 14:28 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyi bu gün Misirdə qəzaya uğrayan Rusiya sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdırır.
Qəzaya uğrayan Rusiya təyyarəsində azərbaycanlıların olub-olmadığı araşdırılır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycanın Misirdəki səfirliyi bu gün Misirdə qəzaya uğrayan Rusiya sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdırır.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, nazirlik ölkənin Rusiya və Misirdəki səfirliklərinə bu məsələni diqqətdə saxlamağı, rəsmi strukturlarla dəqiqləşdirməyi tapşırıb.

Qeyd edək ki, Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarmadasında qəzaya uğrayıb. Moskva vaxtı ilə saat 06:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.

Son məlumatlara görə, təyyarənin qalıqları Misirin Sinay yarmadasında aşkarlanıb.

Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 224 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti