...

​Naməlum şəxslər Fransada qaçqın düşərgəsini yandırıblar

Hadisə Materials 14 Noyabr 2015 05:51 (UTC +04:00)
Naməlum şəxslər Fransanın şimalında qaçqın düşərgəsini yandırıblar.
​Naməlum şəxslər Fransada qaçqın düşərgəsini yandırıblar

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Naməlum şəxslər Fransanın şimalında qaçqın düşərgəsini yandırıblar.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Kale şəhərində Parisdəki silsilə terror aktlarından sonra törədilib.

Kaledə Afrika və Yaxın Şərq ölkələrindən 6 minə yaxın qaçqın var. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Son məlumatlara görə, 140-dan çox insan ölüb. Baş verənlərə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti