Bakıda yanğın zamanı 2 nəfər xilas edilib, bir nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 13 Dekabr 2015 00:28 (UTC +04:00)
Bakı şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib.
Bakıda yanğın zamanı 2 nəfər xilas edilib, bir nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Bakı şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər berir ki, şəhərin Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti və plastik pəncərə çərçivəsi 0,5 kv.m sahədə yanmışdır.

Yanğının kəşfiyyatı zamanı 2 nəfər xilas edilmiş, 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər lenti

Xəbər lenti