...

Dubayda hoteldə güclü yanğın baş verib

Hadisə Materials 31 Dekabr 2015 23:58 (UTC +04:00)
Dubayın “Bürc-Xəlifə” göydələnin yaxınlığında yerləşən çoxmərtəbəli hoteldə güclü yanğın baş verib.
Dubayda hoteldə güclü yanğın baş verib

Bakı. Trend:

Dubayın "Bürc-Xəlifə" göydələnin yaxınlığında yerləşən çoxmərtəbəli hoteldə güclü yanğın baş verib.

Trend-in Al-Arabiya agentliyinə istinadən verilən məlumata görə, bu barədə şəhərin mülki müdafiə xidməti məlumat verib.

Məlumata əsasən, yanğın 300 metr hündürlüyü olan "The Address Downtown" hotelinin 20-ci mərtəbəsindən başlayıb və alov binanın böyük hissəsini əhatə edib.

Yanğın nəticəsində 14 nəfər yüngül xəsarətlər alıb. Yanğının səbəbi barədə isə məlumat verilməyib.

Hal-hazırda yanğın baş vermiş sahənin 90 faizi artıq söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti